"Hiss etdim ki, indi addımı daha yüksək səviyyəyə atmaq lazımdır"
“Son bir neçə mövsüm, xüsusilə də sonuncusu mənim üçün çox yaxşı keçdi. Hiss etdim ki, indi addımı daha yüksək səviyyəyə atmaq lazımdır".
Mediasport.az xəbər verir ki, bunu Finlandiyanın "Helsinki" klubuna transfer olunan Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü deyib.
Niderlandın "Eyndhoven" klubundan ayrılan 25 yaşlı futbolçu təəssüratlarını bölüşüb:
"“Helsinki”nin mənimlə maraqlanması çox gözəl idi. Çempionat və avrokubok oyunlarında mübarizə aparacam. Azərbaycan millisində oynamaq isə mənim üçün şərəfdir. Azərbaycanlılarla türklər qardaşdırlar".
Xatırladaq ki, Ozan Can Kökçü 2022-ci ildən dəvət aldığı Azərbaycan millisinin heyətində 7 oyuna keçirib.