Saatlı klubundan darmadağın, lider 3 xalı 3 qolla qazanıb - 3 VİDEO

Saatlı klubundan darmadağın, lider 3 xalı 3 qolla qazanıb - 3 VİDEO

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 19-cu tura start verilib.

Mediasport.az xəbər verir ki, birinci oyun günündə 3 qarşılaşma keçirilib.

Turun açılış matçında "Karvan" "Difai Ağsu" ilə heç-heçə edib - 0:0.

Lider "Qaradağ Lökbatan" 3 qolla "İrəvan" üzərində inamlı qələbə qazanıb - 3:0.

Autsayder "Araz Saatlı" isə yarışda ikinci qələbəsini "Mingəçevir"lə matçda rəsmiləşdirib - 4:0.

Azərbaycan 1-ci Liqası. 19-cu tur

28 mart

"Karvan" - "Difai Ağsu" 0:0



"Qaradağ Lökbatan" - "İrəvan" 3:0

Qollar: Seyxan Fərəcov, 34; Balamirzə Soltanov, 72 (ö.q.); Xəlil Bəşirov, 85



"Araz Saatlı" - "Mingəçevir" 4:0

Qollar: Sequn Omotoşo, 37; Ravil Yusifli, 43; Həmzə Əliyev, 85; Elnur Mustafazadə, 90