"Zirə"yə qalib gələn "Araz-Naxçıvan" 2-ci pilləyə yüksəldi
Azərbaycan Premyer Liqasında 3-cü turun təxirə salınan "Zirə" - "Araz-Naxçıvan" oyunu keçirilib.
Mediasport.az xəbər verir ki, Zirədə eyniadlı komandaya qalib gələn "Araz-Naxçıvan" turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
Elmar Baxşıyevin komandası ardıcıl 11 oyundur məğlub olmur.
Azərbaycan Premyer Liqası. 3-cü tur
"Zirə" - "Araz-Naxçıvan 0:1
Qol: Urfan Abbasov, 49.
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Asiman Əzizli, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İK stadionu.
"Zirə": 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 10. Giorgi Papunaşvili, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 24. Yusuf Laval, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 29. Ceyhun Nuriyev, 22. İldar Alekperov, 5. Stefan Aka, 90. Davit Volkov, 70. İssa Cibrila, 15. Pyer Zebli, 18. Junior Martins, 17. Ayron Qomis, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.
"Araz-Naxçıvan": 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal Şabanov, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 21. Sezar Meza Kolli, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.