"Qarabağ" - "Linkoln" görüşünü albaniyalı hakimlər idarə edəcəklər
Futbol üzrə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah keçiriləcək "Qarabağ" - "Linkoln" (Cəbəllütariq) qarşılaşmasını albaniyalı hakimlər briqadası idarə edəcək.
MediaSport.az xəbər verir ki, matçın baş hakimi Eldorjan Hamiti olacaq.
Bakı Olimpiya Stadionunda baş tutacaq matçda yan xətt hakimlərinin funskiyalarını Ridiger Çokay və Ani Koçiay yerinə yetirəcək. Dördüncü hakim vəzifəsi isə Kreşnik Çyapiyə tapşırılıb.
Oyun saat 20:00-da başlanacaq. Ağdam təmsilçisi səfərdə 2:1 hesablı qələbə qazanıb.