"Sumqayıt" tarixində ilk dəfə braziliyalı futbolçu transfer etdi - RƏSMİ
"Sumqayıt" dövrələrarası fasilədə ilk transferini reallaşdırıb.
mediasport.az xəbər verir ki, komanda "Kolos"un (Ukrayna) 25 yaşlı futbolçusu Dieqo Kariokanı heyətinə cəlb edib.
Braziliyalı vinger müqavilə müddəti uzadılması şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb.
Sumqayıt təmsilçisinin tarixinə ilk braziliyalı futbolçu kimi düşən Dieqo Karioka karyerası ərzində "Şaxtyor" (Soliqorsk, Belarus), "Vitebsk" (Belarus), "Yagelloniya" (Polşa), "Zalagerseq" (Macarıstan) və "Kolos" (Ukrayna) kimi klublarda çıxış edib.