"Qəbələ"dən növbəti qələbə

  "Qəbələ"dən növbəti qələbə

"Qəbələ" Azərbaycan 1-ci Liqasında 2024/25 mövsümünə hazırlıq çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, "qırmızı-qaralar" dünən ikinci dəfə "Cəbrayıl"ı məğlub ediblər - 4:1.

Kaxaber Tsxadadzenin komandasında Asif Məmmədov, Domi Jaures, Sənan Ağalarov və Ürfan İsmayılov fərqləniblər.

Qarşılaşma Qaradağ Olimpiya İdman Kompleksinin stadionunda baş tutub.

"Qəbələ" buna qədər yoxlama matçlarında "Əl-Yarmuk" (Küveyt, 2:2), "Zaqatala" (2:0), "Cəbrayıl" (5:2) və "Mingəçevir"lə (4:0) qarşılaşıb.