"Qarabağ" Məhəmmədə tapşırıldı

"Qarabağ" Məhəmmədə tapşırıldı

Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Gent" oyununun hakim təyinatları açıqlanıb.

mediasport.az xəbər verir ki, fevralın 16-da Bakıda təşkil olunacaq matçı İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim funksiyasını Məhəmməd Əl-Hakim yerinə yetirəcək. Ona yan xətt hakimləri kimi Fredrik Klayverlə Robin Vilde yardım edəcək. Dördüncü hakim funksiyası Boyan Pandziçə həvalə olunub.

Polşalı Bartoş Frankovsk VAR hakimi, Pavel Pskit onun köməkçisi olacaq. Estoniyalı Uno Tutk hakim-inspektor, irlandiyalı Pider Rayan isə matça UEFA nümayəndəsi kimi təyinat alıb.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtilə saat 21:45-də başlanacaq.