Milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlanıb
17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqası formatında təşkil olunan Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, komandamız oktyabrın 2-dən 8-dək Xorvatiyada baş tutacaq yarışda yerli komanda ilə yanaşı, Lüksemburq və Malta ilə üz-üzə gələcək.
Yığmamızın heyətində 20 futbolçu yer alıb: Nərgiz Ağalıyeva, Arzu Cəfərova, Arzu Ağalıyeva, Ella Əmirova, Natella Məmmədovə (hamısı “Baku Sportinq”), Vahidə Əlipaşayeva, Ülviyyə İslamova, Bədriyyə Mövludova, Yelizaveta Vaysman (hamısı “İnter Xacmaz”), Aygün Novruzova, Xanım Əsədova, Adelina Ağayeva, Günay Sultanlı, Mədinə Curuqova (hamısı “Sabah”), Firuzə Bayramova (“Dinamo Balakən”), Pərişan Abdullayeva (“Baku Juniors” İdman Klubu), Məsumə Nəzərli (“Neftçi”), Ləman Əliyeva (UGİM Naftalan), Səma Əsədova, Aida Oskina (“Gömrükçü”).
2 oktyabr
17:30. Azərbaycan – Lüksemburq
Baş hakim: Eirini Pingiou (Yunanıstan)
Baş hakimin köməkçiləri: Vasilia Tsiklitari (Yunanıstan), Maja Brozoviç (Xorvatiya)
Dördüncü hakim: Karla Şegota (Xorvatiya)
Zaqreb. “NK Luçko” stadionu
5 oktyabr
14:00. Xorvatiya - Azərbaycan
Baş hakim: Jana Van Laere (Belçika)
Baş hakimin köməkçiləri: Melissa Lejear (Belçika), Ana Ciobotaru (Moldova)
Dördüncü hakim: Elena Gobjila (Moldova)
Karlovaç. “Branko Kaçloviç Çavlek”
8 oktyabr
14:00. Malta – Azərbaycan
Baş hakim: Elena Gobjila (Moldova)
Baş hakimin köməkçiləri: Ana Ciobotaru (Moldova), Maja Brozoviç (Xorvatiya)
Dördüncü hakim: Karla Şegota (Xorvatiya)
Zaqreb. “NK Luçko” stadionu