"Qarabağ" Avropa çempionatına gedəcək futbolçusunu təbrik edib

"Qarabağ" Avropa çempionatına gedəcək futbolçusunu təbrik edib

"Qarabağ"ın legioneri Luka Quqeşaşvilinin şərəfini qoruduğu Gürcüstan millisi Avropa çempionatına vəsiqə qazanıb. 

Mediasport.az xəbər verir ki, Ağdam klubu gürcü qolkiperi bu münasibətlə təbrik edib:

"Təbriklər, Luka!

Futbolçumuz Luka Quqeşaşvilinin çıxış etdiyi Gürcüstan yığması Avropa çempionatına vəsiqə uğrunda pley-offun finalında Yunanıstanla qarşılaşıb.

Matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında qələbə qazanmış Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib".

Qeyd edək ki, tarixində ilk dəfə qitə birinciliyinin final mərhələsində çıxış edəcək Gürcüstan yığmasının F qrupunda rəqibləri Portuqaliya, Türkiyə və Çexiya milliləri olacaqlar.