"Neftçi"nin transfer etmək istədiyi futbolçu "Qarabağ"la razılaşdı

"Neftçi"nin transfer etmək istədiyi futbolçu "Qarabağ"la razılaşdı

Rahil Məmmədov karyerasını “Qarabağ”da davam etdirəcək.

mediasport.az saytına daxil olan məlumata görə, Ağdam klubu "Neftçi"nin heyətinə qatmaq istədiyi 27 yaşlı müdafiəçi ilə ortaq məxrəcə gəlib.

“Neftçi”nin yetirməsi oyun təcrübəsindən əziyyət çəksə də, ona komandada ehtiyac olduğu bildirilib.

Məmmədov Qurban Qurbanovun komandası ilə 2 illik yeni müqaviləyə qol çəkəcək.