"Qəbələ" - "Turan Tovuz": Hər iki tərəf görüşə itkilərlə çıxacaq

  "Qəbələ" - "Turan Tovuz": Hər iki tərəf görüşə itkilərlə çıxacaq

Premyer Liqanın 30-cu turunda oynanılacaq "Qəbələ" - "Turan Tovuz" matçına tərəflər itkilərlə çıxacaqlar.

Mediasport.az xəbər verir ki, autsayder "Qəbələ"nin 4 futbolçusu heyətdə olmayacaq.

Zurab Oçiqava və Murad Musayev diskvalifikasiyaya görə, Ahmed Ayzaya və Ülvi İsgəndərov zədə səbəbindən mübarizə apara bilməyəcəklər.

"Turan Tovuz"da isə Alexandro Serrano cəzalı, Veysəl Rzayevlə Roderik Miller zədə səbəbindən görüşü buraxmalı olacaqlar.

Xatırladaq ki, "Qəbələ" - "Turan Tovuz" oyunu sabah Qəbələ şəhər stadionunda keçiriləcək və görüşə 16:30-da start veriləcək.