"Qarabağ" "Bayer"lə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib

"Qarabağ" "Bayer"lə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib

UEFA Avropa Liqasının 1/8 finalında Almaniyanın "Bayer" klubu ilə üz-üzə gələcək "Qarabağ" iştirak ərizəsini UEFA-ya təqdim edib.

Mediasport.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov 22 futbolçunun xidmətindən yararlana bilər.

Bu oyunçulardan yalnız biri - gənc müdafiəçi Nihad Quliyev B siyahısında yer alıb.

Qapıçılar: Luka Quqeşaşvili, Amin Ramazanov, Andrey Lunyov;

Müdafiəçilər: Mateus Silva, Maksim Medvedev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Abbas Hüseynov, Bədavi Hüseynov, Kevin Medina, Nihad Quliyev;

Yarımmüdafiəçilər: Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Redon Cica, Aleksey İsayev, Toral Bayramov, Patrik Andrade;

Hücumçular: Hamidu Keyta, Olavio Juninyo, Nəriman Axundzadə;

Ağdam təmsilçisinin Leverkuzen klubu ilə oyunları martın 7-də Bakıda, 14-də "BayArena"da baş tutacaq.