UEFA reytinqində Azərbaycanı keçən olmayacaq - 27-ci yer

 UEFA reytinqində Azərbaycanı keçən olmayacaq - 27-ci yer

Azərbaycan UEFA reytinqində mövqeyini bu mövsüm yaxşılaşdıran və irəli aparan "Qarabağ" Avropa Liqasında mübarizəni dayandırıb.

Mediasport.az xəbər verir ki, Qurban Qurbanovun komandasının mövsümün sonunadək reytinqdə irəliləməyəcəyi dəqiqləşib.

Eyni zamanda, sıralamada aşağı pillələrdə qərarlaşan ölkələrdən heç birinin təmsilçisi mübarizəni davam etdirmədiyi üçün mövqeyimiz dəyişməz qalacaq.

Beləliklə, cari mövsümdə Azərbaycanın reytinqinə ümumilikdə 5.875 əmsal əlavə olunub ki, bunun təxmini 95 faizi Ağdam təmsilçisinin uğurlu çıxışlarından əldə edilib.

Ölkəmizin son 5 mövsüm üçün əmsalı isə 20.125-ə bərabər olub. Bu göstərici ilə Azərbaycan UEFA-nın reytinq siyahısında hələ də 27-ci yerdədir.

Azərbaycan mövsümə 14,250 ilə başlayıb.

Ən yaxın rəqibimiz Bolqarıstanın aktivində 20 375, Slovakiyanın hesabında 19 625 xal var.

UEFA reytinqinə 103.178 əmsalla İngiltərə başçılıq edir.

İspaniya (87.864) ikinci, İtaliya (86.998) üçüncü pillədə qərarlaşıb.