Azərbaycan çempionu bölgə klubunda oynayacaq - RƏSMİ
Futbol üzrə Azərbaycan 1-ci Liqasında yeni mövsümə hazırlaşan "Karvan" heyətini gücləndirib.
Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi son klubu "Şamaxı" olan Bəhruz Teymurovu rənglərinə bağlayıb.
30 yaşlı Azərbaycan çempionu ilə 1 illik müqavilə imzalanıb.
Karyerasına məhz "Karvan"da başlamış yarımmüdafiəçi 2011-2012-ci illər mövsümündə Yevlax təmsilçisinin formasını geyinib.
Teymurov "Xəzər Lənkəran", "Şəmkir", MOİK, "Kəpəz" və "Zaqatala"da da oynayıb.