"Qarabağ" və "Sabah" irəlilədi, "Turan Tovuz" reytinqə daxil oldu

"Qarabağ" və "Sabah" irəlilədi, "Turan Tovuz" reytinqə daxil oldu

Beynəlxalq Futbol Tarixi Statistikaları Federasiyası (İFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb.

Mediasport.az xəbər verir ki, planetin 502 ən yaxşı komandasının yer aldığı siyahıda Azərbaycanın 4 təmsilçisi var.

Klublarımızdan ən yaxşı göstəriciyə malik “Qarabağ” 5 pillə irəliləyib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 177,50 xalla 67-ci sırada qərarlaşıb.

"Sabah" da irəliləyişə nail olub. Masazır klubu 14 pillə sıçrayaraq 62,50 xalla 409-cudur.

Mövqeyi dəyişməyən “Zirə” 94,25 xalla 219-cu yerdə qalıb.

Siyahıya yeni daxil olan “Turan Tovuz” 53,75 xalla 496-cıdır.

Reytinqə 388 xalla Madrid “Real”ı başçılıq edir.