Millinin heyətində dəyişiklik oldu

Millinin heyətində dəyişiklik oldu

Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

mediasport.az xəbər verir ki, “Sabah”ın üzvü Teymur Mirzəyev zədə səbəbindən heyətdən çıxarılıb.

Onun əvəzinə Masazır təmsilçisinin başqa futbolçusu - Elgün Dünyamaliyev heyətə cəlb olunub.