Mahir üçün böyük uğursuzluq: Uzun müddətə sıradan çıxdı
Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın "Dinamo" klubu 2024-cü ildə ilk matçını keçirib.
Mediasport.az xəbər verir ki, Zaqreb təmsilçisi yoxlama oyunu çərçivəsində Sloveniyanın "Roqaska" klubu ilə üz-üzə gəlib.
Hərəsi 30 dəqiqədən ibarət 3 hissəlik görüş xorvatların minimal hesablı qələbəsilə yekunlaşıb - 1:0.
Mahir 2-ci yarım saatda mübarizə aparıb və 60-cı dəqiqədə meydanı zədə alaraq tərk edib.
26 yaşlı futbolçu dirsək və bud nahiyəsindən zədələnib. Onun uzun müddət kollektivdən kənarda qalacağı bildirilir.