1500 manat cərimə - Azarkeşləri yenə "Qarabağ"ı ziyana saldılar
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, Premyer Liqanın 3-cü turundan təxirə salınmış "Şamaxı" - "Qarabağ" oyununda qeydə alınan neqativ hadisələrə hüquqi qiymət verilib.
Meydan sahibləri görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə 800 manat cərimələnib.
Ağdam klubu isə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 1500 manat cərimə ödəyəcək.