Roman Qriqorçuk Premyer Liqa klubu ilə müqavilə bağladı - RƏSMİ
Oktyabrda “Neftçi”dən göndərilən Roman Qriqorçukun yeni iş yeri məlum olub.
Mediasport.az xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsinin LNZ klubunun baş məşqçisi təyin edilib.
İspaniyalı Andres Karraskonu əvəzləyəcək 59 yaşlı məşqçi vəzifəsinin icrasına 2025-ci ilin yanvarında başlayacaq.
Çerkası klubu 16 komandalı Ukrayna Premyer Liqasında 17 turdan sonra 19 xalla 10-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, "Neftçi" ilə Azərbaycan Premyer Liqasında 1 qələbə qazana bilməyən Qriqorçuk 9 turdan sonra istefaya göndərilmişdi.