Qurban Qurbanova Avropa və Türkiyə klublarından təklif gəlib

Qurban Qurbanova Avropa və Türkiyə klublarından təklif gəlib

"Qarabağ"ın mənəvi yeri var. Qurban Qurbanov Vətəninə, bayrağına çox bağlı olan insandır".

Mediasport.az xəbər verir ki, bunu "Bein Sports" televiziyasına müsahibəsində "Qarabağ"ın direktoru Əmrah Çəlikəl deyib.

Ağdam klubunun rəhbəri Qurban Qurbanova Türkiyə və Avropa klublarından təklif gəldiyini açıqlayıb.

O, mütəxəssisin komandadan ayrılmaq istəmədiyini bildirib:

"Türkiyə klubları baş məşqçimizlə görüşmək istəyiblər. Amma Qurban Qurbanov klubdan ayrılmaq istəməyib.

2008-ci ildən baş məşqçimizlə birlikdəyik və ayrılıq əsla müzakirə mövzusu olmayıb.

Biz də sonradan eşitmişik ki, Avropa klubları onunla görüşmək istəyib. Lakin Qurban Qurbanov onlara konkret cavab verib".