Meydana çıxmayan komanda texniki məğlubiyyət aldı - QƏRAR

Meydana çıxmayan komanda texniki məğlubiyyət aldı - QƏRAR

AFFA İntizam Komitəsi II Liqa təmsilçisi "Qusar"a texniki məğlubiyyət verib.

Mediasport.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

II Liqada XIII turun “Qusar” – “Şahdağ Qusar” oyunu meydan sahiblərinin matça gəlməməsi səbəbindən baş tutmayıb.

Buna görə “Qusar”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Klub həmçinin 300 manat cərimə edilib.