"UEFA Avropa Liqasında böyük ölçüdə məsələ artıq həll olunub"
"Desəm ki, qalan oyunları qələbə ilə başa vuracağıq... Bunu demək çətindir. Böyük ölçüdə məsələ artıq həll olunub".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev deyib.
Cinah müdafiəçisi Ağdam klubunun UEFA Avropa Liqasında pley-offa yüksəlmək şansları haqda danışıb.
Millinin üzvü ümidin az da olsa, qaldığını bildirib: "Əlimizdən gələni edəcəyik ki, həmin qarşılaşmalardan qələbə ilə ayrılaq.
Xatırladaq ki, Azərbaycan çempionu Avroliqanın əsas mərhələsində keçirdiyi 6 oyundan sonra 1 qələbə ilə 33-cü pillədə qərarlaşıb.
Təmilçimiz pley-offa vəsiqə qazanmaq üçün qalan iki oyunda Bakıda Rumıniyanın FKSB, daha sonra Yunanıstanda "Olimpiakos"u məğlub etməli, eyni zamanda 24-cü pilləyə iddia edən digər komandaların büdrəməsini gözləməlidir.
Görüşlər 2025-ci ilin yanvarında keçiriləcək.