Premyer Liqa klubu Gürcüstan millisinin üzvünü transfer etdi
"Sumqayıt" heyətinə yeni legioner cəlb edib.
Mediasport.az "gənclik şəhəri" təmsilçisinin sosial şəbəkə hesabında anonsunu etdiyi futbolçunun kimliyini dəqiqləşdirib.
Bu, 28 yaşlı mərkəz yarımmüdafiəçisi Giorgi Xaraişvilidir.
2017-ci ildən Gürcüstan milli komandasına dəvət alan futbolçu son olaraq Türkiyədə "Kocaelispor"un formasını geyinib.
"Saburtalo"nun yetirməsi ölkəsində "Dinamo" (Tbilisi), İsveçdə "Göteborq", Macarıstanda isə "Ferensvaroş"un şərəfini qoruyub.
Xaraişvili əsas yığmada 6 oyun keçirib, 1 qol vurub.