Ançelotti 4-cü dəfə dünyanın ən yaxşı baş məşqçisi adını qazandı
Beynəlxalq Futbol Tarixi Statiustikaları Federasiyası (İFFHS) 2024-cü ildə dünyanın ən yaxşı klub məşqçilərinin adlarını açıqlayıb.
Mediasport.az xəbər verir ki, qurumun nümayəndələri arasında keçirilən səsvermə nəticəsində İspaniyanın “Real” klubunun baş məşqçisi Karlo Ançelotti ilin ən yaxşısı adını qazanıb.
İtalyan mütəxəssis 268 xal toplayıb.
Almaniyanın “Bayer” klubuna rəhbərlik edən ispaniyalı Şabi Alonso 104 xalla ikinci yeri tutub.
İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola isə 88 xalla üçüncü olub.
Xatırladaq ki, Ançelotti karyerası ərzində 4-cü dəfə İFFHS-də dünyanın ən yaxşısı məşqçisi seçilib.