Azərbaycan millisinin futbolçuları yenə baş məşqçisiz qaldılar
Azərbaycan millisinin futbolçuları - Renat Dadaşov və Həsən Nəzərlinin çıxış etdiyi "Ankaragücü" baş məşqçisi ilə yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, 43 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.
Bu, paytaxt klubunda mövsümün ikinci məşqçi istefası olub.
Daha əvvəl Cihat Arslan istefaya göndərilib.
Xatırladaq ki, Ankara təmsilçisi 1-ci Liqada 16 turdan sonra 23 xalla 8-ci pillədə qərarlaşıb.