Azərbaycan təmsilçisi Antalyada "Dinamo" klubu ilə qarşılaşacaq
Rusiyanın “Dinamo” (Mahaçqala) klubunun baş direktoru Şamil Qazizov qış təlim-məşq toplanışı zamanı Azərbaycan klubunun da aralarında olacağı yoldaşlıq oyunlarının təqvimindən danışıb.
Mediasport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi rəqibin adını açıqlamasa da, Kurban Berdıyev faktoruna görə, böyük ehtimal, söhbət "Turan Tovuz"dan gedir:
"Bütün rəqibləri müəyyənləşdirmişik, toplanışda bizi doqquz oyun gözləyir. Rəqiblər hansı ölkələri təmsil edirlər? Onlar Rusiya, Qazaxıstan və Azərbaycan klublarıdır. Səhv etmirəmsə, Serbiya komandası ilə də oynayacağıq”.
Qeyd edək ki, ötən mövsüm Mahaçqala klubunun baş məşqçisi “Turan Tovuz”un hazırkı çalışdırıcısı Kurban Berdıyev olub.
Tovuz təmsilçisinin bir müddət əvvəl qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçəcəyini açıqladığını da yada salaq.