Hakim müharibədə həlak oldu
Ukraynalı futbol hakimi Andrey Şepotyev həyatını itirib.
Mediasport.az xəbər verir ki, 30 yaşlı referi ölkəsinin Rusiya ilə müharibəsində həlak olub.
Bu barədə Ukrayna Futbol Assosiasiyası məlumat yayıb.
Şepotyev uşaq və yeniyetmələrin futbol matçlarında və həvəskar liqaların görüşlərində çalışıb.
O, Ukrayna Milli Hakimlər Məktəbinin tələbəsi olub (2020) və yerli “Arsenal”ın məşqçisi kimi çalışıb.