"Qarabağ" yeni transferlərini Avropa Liqası üçün sifariş etdi
“Qarabağ” yeni transferləri - qapçı Andrey Lunyov və müdafiəçi Mateus Silvanın adını UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə keçiriləcək oyunların iştirak ərizəsinə əlavə edib.
Bu barədə mediasport.az saytına Ağdam klubundan məlumat verilib.
Rusiyalı qolkiperlə braziliyalı müdafiəçi sabah Sloveniyada, bir həftə sonra isə Bakıda baş tutacaq qarşılaşmalarda Qurban Qurbanovun sərəncamında olacaq. Lunyov 99, Silva 2 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "atlılar" azad agent kimi transfer etdikləri Lunyovla 1+1 illik, Bolqarıstanın "Plovdiv" klubundan alınan 25 yaşlı Silva ilə 2+2 illik müqavilə bağlayıblar.
Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Luka Quqeşaşvili, Andrey Lunyev
Müdafiəçilər: Mateus Silva, Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina, Nihad Quliyev
Yarımmüdafiəçilər: Julio Romao, Yasin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Adama Diakabi, Leandro Andrade, Redon Cica, Riçard Almeyda, Patrik Andrade, Toral Bayramov
Hücumçular: Hamidu Keyta, Juninyo, Nəriman Axundzadə