AFFA-nın rəhbərliyi FİFA-nın Konqresində görüşlər keçirib
Bu gün Tailandın paytaxtı Banqkokda FİFA-nın 74-cü Konqresi keçirilib.
Mediasport.az xəbər verir ki, Konqres çərçivəsində AFFA prezidenti Rövşən Nəcəf Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Belarus, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Çexiya, Şotlandiya, Uels və Şimali İrlandiya futbol federasiyalarının rəhbərliyi ilə görüşüb.
Görüşlər zamanı müxtəlif mövzularda fikir mübadiləsi aparılıb, gələcəkdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Görüşlərdə federasiyanın İcraçı vitse-prezident Sərxan Hacıyev də iştirak edirb.