"Qarabağ" ŞOK yaşayır - Cica və Yassin Benzia ciddi zədə alıb
"Qarabağ" Azərbaycan Premyer Liqasının 20-ci turunda ciddi zədələrlə çətin vəziyyətə düşüb.
Mediasport.az xəbər verir ki, Ağdam klubunun turun bu dəqiqələrdə "Kəpəz"lə Qəbələdə davam edən görüşünün ikinci hissəsində iki əsas futbolçusu sıradan çıxıb.
Əvvəlcə Redon Cica zədələnib. Albaniyalı forvardın əzələsi dartılıb.
76-cı dəqiqədə meydana daxil olan Yassin Benzia isə daha ağır zədə ilə üzləşib. O, oyuna qoşulduqdan cəmi 4 dəqiqə sonra komandasının hesabı bərabərləşdirdiyi epizodda Gəncə klubunun qapıçısı İqor Rodrigeşlə toqquşmada başından xəsarət alıb.
Başına sarğı qoyulan vinger oyuna davam edə bilməyib.