Azərbaycanda işləmiş məşqçi Premyer Liqa klubunu çalışdıracaq

Azərbaycanda işləmiş məşqçi Premyer Liqa klubunu çalışdıracaq

2011/2012-ci illər mövsümündə "Simurq"un baş məşqçisi olmuş Sergey Yuran özünə yeni komanda tapıb.

mediasport.az xəbər verir ki, Rusiya yığmasının sabiq üzvü Premyer Liqada fəaliyyət göstərəcək.

53 yaşlı mütəxəssis Nijni Novqorod təmsilçisi "Pari" ilə anlaşıb. Komanda Rusiya Premyer Liqasında 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Yuran Azərbaycandan ayrıldıqdan sonra “Sibir”, “Baltika”, “Ximki”, “SKA-Xabarovsk” klublarını çalışdırıb.