"Fənərbağça" əzəli rəqibi "Qalatasaray"ı qabaqlayıb
Türkiyə Superliqasında 50 xal həddinə ən tez çatan komandaların siyahısı müəyyənləşib.
Mediasport.az xəbər verir ki, zirvədə hazırda İsmail Kartalın başçılıq etdiyi "Fənərbağça" qərarlaşıb.
Onların əzəli rəqibi "Qalatasaray" bu statistikada 6-cı olub.
Digər İstanbul nəhəngi "Beşiktaş" isə 3 dəfə 50 xəddinə ən tez çatan kollektivlərdəndir.
Cari mövsüm Superliqanın turnir cədvəlində "Fənərbağça" birinci (50 xal), "Qalatasaray" ikinci (48 xal), "Trabzonspor" üçüncü (36 xal), "Beşiktaş" isə dördüncüdür (32 xal).
Superliqada 50 xal həddinə ən tez çatan komandalar:
1. "Fənərbağça" (2005/06 mövsümü) - 51 xal, 19 oyun
2. "Fənərbağça" (2023/24 mövsümü) - 50 xal, 19 oyun
3. "Beşiktaş" (1991/92 mövsümü) - 52 xal, 20 oyun
4. "Fənərnağça" (1995/96 mövsümü) - 51 xal, 20 oyun
5. "Trabzonspor" (1995/96 mövsümü) - 51 xal, 20 oyun
6. "Qalatasaray" (1999/2000 mövsümü) - 51 xal, 20 oyun
7. "Fənərbağça" (1991/92 mövsümü) - 50 xal, 20 oyun
8. "Beşiktaş" (2002/03 mövsümü) - 50 xal, 20 oyun
9. "Fənərbağça"(2004/05 mövsümü) - 50 xal, 20 oyun
10. "Beşiktaş" (2015/16 mövsümü) - 50 xal, 20 oyun
Rövşən