"Çelsi"nin yeni baş məşqçisinin kimliyi müəyyənləşdi - RƏSMİ

"Çelsi"nin yeni baş məşqçisinin kimliyi müəyyənləşdi - RƏSMİ

İngiltərənin "Çelsi" futbol klubunun yeni baş məşqçisinin adı məlum olub.

mediasport.az xəbər verir ki, bu barədə məlumatı London klubunun rəsmi saytı paylaşıb.

"Zadəganlar" argentinalı mütəxəssis Maurisio Poçettinoya həvalə edilib. İngiltərə klubu 51 yaşlı mütəxəssislə 2+1 illik müqavilə bağlayıb.

Son iş yeri PSJ olmuş məşqçi Premyer Liqada "Sauthempton" və "Tottenhem"i çalışdırıb. İkincilərlə UEFA Çempionlar Liqasının finalına çıxıb.