Əfsanəvi Zlatan İbrahimoviçdən özünəməxsus göstərici

Əfsanəvi Zlatan İbrahimoviçdən özünəməxsus göstərici

Dünya futbolunun əfsanələrindən və İsveç milli komandasının keçmiş kapitanı Zlatan İbrahimoviç karyerası ərzində 1-ci dəqiqədən 90-ci dəqiqəyə qədər qol vuran nadir oyunçulardandır.

Mediasport.az xəbər verir ki, veteran skandinaviyalı ən çox oyunun sonuncu - 90-cı dəqiqəsində fərqlənib (39 dəfə).

2023-cü ilin iyununda peşəkar karyerasını başa vuran Zlatan ümumilikdə 759 oyuna 474 qol vurub. Bu qolların çoxu - 405-i klub karyerasının payına düşür.

"İbra" 20 ildən çox oynadığı İsveçin müxtəlif yaş qrupları üzrə milli komandalarında 133 matç keçirib, 69 dəfə adını tabloya yazdırıb.