Aleks de Souzanı qovdular

Aleks de Souzanı qovdular

"Fənərbağça" əfsanəsi Aleks De Souzanın peşəkar məşqçilik karyerası uğursuz başlayıb.

mediasport.az xəbər verir ki, braziliyalı 2022-ci ilin yanvarında "sükan"ı arxasına keçdiyi "Avai"dən istefaya göndərilib.

Braziliyanın B Seriyasında mübarizə aparan klubun rəhbərliyi Alekslə qarşılıqlı razılıq əsasında ayrıldıqlarını açıqlayıb. Komanda onun rəhbərliyi altında 18 oyunun yalnız 6-da qələbə qazana bilib. 9 dəfə məğlub olan "Avai"nin 3 heç-heçəsi var.

2004/2012-ci illərdə "Fənərbağça"da fenomenə çevrilmiş Aleks məşqçi kimi daha əvvəl "San-Paulu"nun əvəzedicilərinin çaışdırıcısı olub.