"Qarabağ"ın "Bayer"lə oyunlarının başlanma saatları açıqlanıb

"Qarabağ"ın "Bayer"lə oyunlarının başlanma saatları açıqlanıb

UEFA Avropa Liqasında 1/8 finala vəsiqə qazanan "Qarabağ"ın "Bayer"lə oyunlarının başlanma saatları açıqlanıb.

Mediasport.az xəbər verir ki, martın 7-də Tofiq Bəhramov adına stadionda keçiriləcək ilk görüş saat 21:45-də start götürəcək.

Martın 14-də Leverkuzendəki "BayArena" stadionunda baş tutacaq cavab qarşılaşması isə Bakı vaxtilə saat 00:00-da başlanacaq.

Xatırladaq ki, Azərbaycan çempionu bu mövsüm Almaniya klubu ilə qrup mərhələsində də mübarizə aparıb.