Azərbaycanlı məşqçini Moldova klubundan istefaya göndərdilər

Azərbaycanlı məşqçini Moldova klubundan istefaya göndərdilər

Moldovanın "Dinamo-Avto" klubunun baş məşqçisi Novruz Əzimov istefaya göndərilib.

mediasport.az xəbər verir ki, bu barədə Tiraspol təmsilçisinin mətbuat xədməti məlumat yayıb. 62 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Novruz Əzimov komandanı bu ilin sentyabr ayından çalışdırırdı. "Dinamo-Avto" Moldova Super Liqasında mövsümün əsas hissəsini sonuncu pillədə başa vurub.