"Qarabağ"ın ÇL-dakı rəqibi məşhur forvardı icarəyə götürdü - RƏSMİ

"Qarabağ"ın ÇL-dakı rəqibi məşhur forvardı icarəyə götürdü - RƏSMİ

"Qarabağ"ın UEFA Avropa Liqasının əsas mərhələsindəki rəqiblərindən "Olimpik" (Lion) Vilfrid Zaha icarəyə götürüb.

Mediasport.az xəbər verir ki, Fil Dişi Sahili millisinin üzvü cari mövsümün sonuna qədər Liqa 1 klubunda oynayacaq.

Ötən mövsümü "Qalatasaray"ın heyətində keçirən Zaha 43 oyuna çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə edib.