Azərbaycan klubuna yığmamızın keçmiş üzvü rəhbərlik edəcək
Mediasport.az saytının dünən xəbər verdiyi kimi (https://mediasport.az/yigmamizin-kecmis-uzvu-bolge-klubunun-bas-mesqcisi-olub), “Araz Saatlı” futbol klubunun yeni baş məşqçisinin adı rəsmiləşib.
Aran təmsilçinə Azərbaycan yığmasının keçmiş futbolçusu Rüfət Quliyev rəhbərlik edəcək.
Onunla mövsümün sonunadək müqavilə imzalanıb. Oktyabrın 19-da Saatlı OİK Stadionunda “Difai Ağsu”ya qarşı oyunda komandanı meydana məhz Quliyev çıxaracaq.
Bu gün kollektivə təqdim olunan təcrübəli mütəxəssis futbolçu karyerası ərzində “Turan”, “Neftçi”, “Qarabağ”, “ANS-Pivani” kimi klublarda çıxış edib.
Quliyev İranda “İstiqlal” və “Sanat-Naft” klublarında legioner həyatı yaşayıb. “Turan”la Azərbaycan, “İstiqlal”la İran çempionu titullarını qazanıb. UEFA A kateqoriyalı mütəxəssis baş məşqçi kimi “Ağsu”nu çalışdırıb, 2012-2019-cu illərdə “Ağsu”ilə 1-ci divizonda bir dəfə çempion olub, 1 dəfə 2-ci, 2 dəfə 3-cü yeri tutub.