“Sabah” - “Qarabağ” oyununun biletləri satışa çıxarılıb

“Sabah” - “Qarabağ” oyununun biletləri satışa çıxarılıb

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutacaq “Sabah” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, biletləri onlayn şəkildə “iticket.az” saytından, həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə etmək mümkündür.

“Sabah” – “Qarabağ” görüşü yanvarın 30-da, saat 19:00-da “Bank Respublika Arena”da baş tutacaq.