"Qarabağ"ın üzvü bir hissə oynadı, yığması 4 qol buraxdı - DÇ-2026
“Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo Verde yığmasında növbəti görüşünü keçirib.
Mediasport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin yığması DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində Kamerunun qonağı olub.
Görüş "ələkeçməz şirlər"in 4:1 hesablı qələbəsilə yekunlaşıb, Patrik meydana ikinci hissədə daxil olub.
Kabo Verde 6 komandalı qrupda 3 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb.
Lider Kamerunun aktivində 7 xal var.