"Qarabağ"lı futbolçunun yığması Afrika Millətlər Kubokuna əzmkar qələbə ilə başlayıb - VİDEO

 "Qarabağ"lı futbolçunun yığması Afrika Millətlər Kubokuna əzmkar qələbə ilə başlayıb - VİDEO

Futbol üzrə Afrika Millətlər Kubokunun final mərhələsində 1-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, "Qarabağ"ın yarımüdafiəçisi Patrik Andradenin formasını geyindiyi Kabo Verde yığma komandası ilk tur çərçivəsində Qana ilə qarşılaşıb.

Bir neçə gün əvvəl məşqdə belində ağrılıarı olan Patrikin ehtiyatda qaldığı matç komandasının əzmkar qələbəsilə yekunlaşıb - 2:1.

Kabo Verde növbəti görüşünü yanvarın 19-da "Qəbələ"li Klesio Baukun Mozambik millisinə qarşı keçirəcək.

Qrupda Məhəmməd Salahlı Misir seçməsi də yer alır.