"Napoli" yeni baş məşqçi ilə müqavilə bağlayıb - RƏSMİ

"Napoli" yeni baş məşqçi ilə müqavilə bağlayıb - RƏSMİ

İtaliya A Seriyasının son çempionu “Napoli” istefaya göndərdiyi Rudi Qarsiyaya əvəz tapıb.

Mediasport.az xəbər verir ki, Neapol təmsilçisini Valter Massari çalışdıracaq.

2009-2013-cü illərdə komandanın baş məşqçisi olmuş 62 yaşlı mütəxəssislə 7 aylıq müqavilə bağlanıb.

“Napoli” bu mövsüm liqada 12 tura 21 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

UEFA Çempionlar Liqasının qrupunda isə 4 oyuna 7 xal qazanıb.