"Qarabağ"ın legioneri Buffon, Noyer, Oblak və Kurtuanı qabaqladı
“Qarabağ”ın gürcüstanlı legioneri Luka Quqeşaşvili 2022-/2023-cü illər mövsümündə ölkə çempionatlarında ən az qol buraxan qapıçılar sırasında yer alıb.
mediasport.az xəbər verir ki, Ağdam klubunun qolkiperi Azərbaycan Premyer Liqasında meydana çıxdığı 10 oyunda 7 top buraxmaqla dünyanın bəzi məşhurlarını qabaqlayıb.
Quqeşaşvili Avropa ölkələrinin milli çempionatlarında ən az qol buraxan 30 qapıçıdan biridir. Onunla bərabər Alan Makqreqor (“Reyncers”, Şotlandiya), Vanya Alveş (“Aris”, Kipr), Yevann Diuf (“Reyms”, Fransa), Çiprian Tataruşanu (“Milan”, İtaliya), Viktor Straystari (“Zarya”, Moldova) və Ruslan Neşeret (“Dinamo”, Kiyev, Ukrayna) də cari mövsüm 7 qola üzülüb. Quqeşaşvili həmkarlarından daha çox oyun keçirdiyi üçün onları qabaqlayaraq, 29-cu yerdə qərarlaşıb.
23 yaşlı qolkiper bu göstərici ilə əfsanəvi Canluici Buffon (PSJ, Fransa), Aaron Ramsdeyl (“Arsenal”, İngiltərə), Manuel Noyer (“Bavariya”, Almaniya), Yan Oblak (“Atletiko”, İspaniya), Tibo Kurtua (“Real”, İspaniya) kimi məşhur həmkarlarından öndə gedir.