"Kəpəz" heyətini braziliyalı futbolçu ilə gücləndirdi - RƏSMİ
!["Kəpəz" heyətini braziliyalı futbolçu ilə gücləndirdi - RƏSMİ](https://mediasport.az/uploads/images/202407/image_750x_66a91f8fbe4c1.jpg)
"Kəpəz" daha bir futbolçunun transferini reallaşdırıb.
Klubdan Mediasport.az saytına verilən məlumata görə, Viktor Braqa Gəncə klubunun şərəfini qoruyacaq.
Braziliyalı ilə "1+1" illik müqavilə bağlanıb. Viktor cinah yarımmüdafiəçisi mövqeyində oynayır.
23 yaşlı oyunçunun son klubu ölkəsinin "Aqiya di Maraba" klubu olub.