"Braqa" "Qarabağ"ın məşqçisinin izlədiyi matçda qalib gəlib - VİDEO

 "Braqa" "Qarabağ"ın məşqçisinin izlədiyi matçda qalib gəlib - VİDEO

Futbol üzrə Portuqaliya Premyer Liqasında 20-ci turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olacaq "Braqa" evdə "Moreyrense" ilə qarşılaşıb.

Artur Jorjenin kollektivi qələbəni 1 qolla qazanıb. Matçı izləyənlər arasında "Qarabağ"ın video-analitik məşqçisi Yanuş Vasilyev də yer alıb.

20 tura 40 xal toplayan "Braqa" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ"ın "Braqa" ilə görüşləri fevralın 15-də Portuqaliyada, 22-də Bakıda baş tutacaq.