"Xankəndi"ni PRO kateqoriyalı türkiyəli baş məşqçi çalışdıracaq

"Xankəndi"ni PRO kateqoriyalı türkiyəli baş məşqçi çalışdıracaq

Azərbaycanda yeni yaradılmış "Xankəndi" futbol klubunun baş məşqçisinin kimliyinə aydınlıq gətirilib.

Mediasport.az xəbər verir ki, Qarabağ təmsilçisini türkiyəli İbrahim Uzunca çalışdıracaq.

AFFA Region Liqasında iştirak edəcək kollektiv PRO kateqoriyalı mütəxəssislə müqaviləni razılaşdırıb.

Son olaraq ölkəmizdə 2-ci Liqa təmsilçisi "Füzuli"nin baş məşqçisi olmuş məşqçi daha əvvəl də Azərbaycanda işləyib.

62 yaşlı çalışdırıcı "Lokomotiv Biləcəri", "Bakı", "Şahdağ" (Quba) və "Xan Lənkəran" klublarında fəaliyyət göstərib.

Türkiyədə isə "Adana Dəmirspor", "Kayseri Ərciyəsspor", "Pozantı Gənclik", "Kadirli Dəmir", "Osmaniyəspor" və "Memaroba" klublarının baş məşqçi olub.