"Azərbaycan çempionunu çoxdan tanıyıram" - "Molde"nin çalışdırıcısı

"Azərbaycan çempionunu çoxdan tanıyıram" - "Molde"nin çalışdırıcısı

"Komandamızın qrupda ikinci yer uğrunda mübarizə aparmaq şansları yüksəkdir".

Mediasport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində qarşılaşacağı Norveçin “Molde” klubunun baş məşqçisi Erlinq Moe bildirib.

Təcrübəli mütəxəssis “Qarabağ”ın ən az digər klublar qədər çətin rəqib olduğunu vurğulayıb:

“Son Azərbaycan çempionunu xeyli vaxtdır tanıyıram. Əvvəllər bu klubun oyun səviyyəsinə daha yaxşı bələd idim. Bu gün isə “Qarabağ”ın nə qədər inkişaf etdiyini təsəvvür belə edə bilmirəm”.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin oyunlarına sentyabrın 21-də start veriləcək.