Elçin Məsiyev AÇ-nin Şotlandiya - Fransa görüşünü idarə edəcək

Elçin Məsiyev AÇ-nin Şotlandiya - Fransa görüşünü idarə edəcək

UEFA futbol üzrə FİFA referisi Elçin Məsiyevə yeni təyinat göndərib.

mediasport.az xəbər verir ki, gənc hakim U-17-lər arasında Avropa çempionatının final mərhələsi oyununda iş başında olacaq.

Məsiyev Şotlandiya - Fransa görüşündə ədaləti qoruyacaq. Mayın 17-də baş tutacaq qarşılaşmada ona Elşad Abdullayev və yunanıstanlı yan xətt hakimi Konstandinos Psarris kömək edəcəklər.

AÇ-nin final mərhələsi 17 may-2 iyun tarixlərində Macarıstanda keçiriləcək.