"Qəbələ"də ilk ayrılıq reallaşdı

"Qəbələ"də ilk ayrılıq reallaşdı

Premyer Liqada yerini qoruya bilməyən "Qəbələ"də ilk ayrılıq reallaşıb.

Mediasport.az xəbər verir ki, bölgə təmsilçisinin hücumçusu Əyyub Allaş klubla vidalaşıb.

Mərakeşli futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, klubda olan hər kəsə təşəkkürünü bildirib:

"Salam, "Qəbələ". Öncə mənə dəstək olan hər kəsə, kluba, məşqçilər heyətinə,  azarkeşlərə təşəkkür edirəm. Mən hər zaman məşqlərdə və oyunlarda əlimdən gələnin ən yaxşısını edirdim. Son olaraq hər kəsə uğurlar arzulayıram".

Xatırladaq ki, Allaş komandaya ötən ilin yayında qoşulmuşdu.

Forvard "qırmızı-qaralar"ın heyətində 40 oyuna 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.